AZ

Rusiyadan Sumiyə raket zərbəsi – 34 nəfər ölüb, 117-dən çox insan yaralanıb

Rusiyadan

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Rusiya tərəfindən Sumaya endirilən raket zərbəsi nəticəsində ən azı 34 nəfər həlak olub, onlardan 2-si uşaqdır. Yaralananların sayı 117 nəfərə çatıb, bu şəxslərdən 15-i uşaqdır.“Ulusum”.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında deyilir.📍 Zərbənin nəticələri barədə məlumatlar gün ərzində yenilənib:🕓 16:19 – Ölənlərin sayı 34-ə yüksəlib, 2-si uşaqdır.🕓 15:48 – 32 nəfər ölüb, 2-si uşaqdır.🕒 13:00 – 24 nəfər həyatını itirib, onlardan biri uşaqdır. Yaralananların sayı 84 nəfər olub, 7-si uşaqdır.🕑 13:39 – Yaralı sayı 83 nəfərə çatıb.🕐 13:25 – İlkin məlumata görə, 21 nəfər ölüb, azı 20 nəfər yaralanıb.🕛 12:54 – Suma şəhəri Rusiya raket hücumuna məruz qalıb. Sakinlərin verdiyi məlumata görə, çoxsaylı itkilər var.Sumanın icra başçısının səlahiyyətlərini icra edən Artem Kobzar Telegramda bildirib:"Bu gün raket hücumu nəticəsində çox sayda insan həlak olub. Düşmən bir daha dinc əhalini hədəfə aldı."Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak da məlumatı təsdiqləyərək, "Ruslar Suma şəhərinə raketlərlə hücum edərək dinc insanları öldürüblər" deyə bildirib.

Diqqət Çəkənlər

Goranboyda maşın piyadanı vuraraq öldürüb

ABŞ-da övladını meymuna dəyişdirən qadın məhkəmə qarşısına çıxarılıb

Tacikistanda güclü zəlzələ baş verib

Seçilən
272
31
ulusum.az

10Mənbələr