AZ

Kəlbəcərdə maşın aşdı – Qadın hərbçi öldü

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.

Hadisənin təfərrüatı araşdırılır.

Qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, “N” saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.
Seçilən
272
30
heftelik.az

10Mənbələr