AZ

Gürcüstan Prezidenti Azərbaycana gəlib YE İLƏNİB

16:35

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.***12:20

"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi çox mühüm əhəmiyyət kəsb edir ".

Bu sözləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze jurnalistlərə verdiyi açıqlamasında söyləyib: "Prezident Mixail Kavelaşvilinin ilk xarici səfəri Azərbaycandan başlayır. Bildiyiniz kimi, Azərbaycanla Gürcüstan strateji tərəfdaş və dost ölkələrdir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə yüksək səviyyəli görüşlər keçiriləcək. Həmçinin, Baş nazir, eləcə də əməkdaşlıq məsələləri üzrə bir sıra mühüm məsələlərlə bağlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlərdə ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq".

Zurab Pataradze

Onun sözlərinə görə, hazırda ölkələrimiz arasında həyata keçirilən iqtisadi layihələr, xüsusilə bərpa olunan enerji məsələləri və bir sıra meqa layihələr barədə məsələlər də müzakirə olunacaq.

***10:49Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfərinə gəlir.

Səfər çərçivəsində Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Baş nazir Əli Əsədovla, həmçinin parlament sədri Sahibə Qafarova ilə görüş keçirəcək.

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin jurnalistlərə verdiyi məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

"Cənab Prezidentin ilk xarici səfəri Azərbaycan Respublikasından başlayır. Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsidir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yüksək səviyyəli görüşlər keçiriləcək. Həmçinin, Baş Nazir, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri üzrə bir sıra mühüm məsələlərlə bağlı ikitərəfli görüşlər keçiriləcək. Hazırda ölkələr arasında həyata keçirilən iqtisadi layihələr müzakirə olunacaq, mən xüsusilə bərpa olunan enerji məsələlərini və ölkələrimiz arasında həyata keçirilən bir sıra meqa layihələri qeyd etmək istərdim”, - Pataradze bildirib.

Kavelaşvilinin Azərbaycana səfəri aprelin 16-da başa çatacaq.

Seçilən
98
13
anspress.com

10Mənbələr