AZ

Bakıda bu binalar söküləcək - Dəqiq ünvanlar açıqlandı

17:32 15.04.2025
17:32 15.04.2025

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaları söküləcək.

Mynews.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən məlumat əldə edib.

Məlumata görə, söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlanılıb. 

Qeyd edilib ki, söküntü işləri Ağa Nemətulla küçəsi, ev 13 ünvanında və Dəmiryol küçəsi, ev 19 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.


Seçilən
71
4
mynews.az

5Mənbələr