Quba rayonunda Vəlvələçayın məcrası məhv edilib. 10-dan qanunsuz fəaliyyət göstərən karxanaların qum-çınqıl qarışığı yataqlarında intensiv istismar işləri aparıldığına görə çay məcraları normadan artıq dərinləşib, sahilləri isə genişlənib, ümümiyyətlə caydan əsər ,əlamət qalmamayıb.
Paytaxt.org-un araşdırmasına görə, Vəlvələçayda vəaliyyət göstərən 10-dan çox qum-çınqıl qarışığı yataqlarını intensiv istismar edən karxanaların heç birinin DMXİA -dən və Su Təsərrüfatı ASC-dən rəsmi icazəsi yoxdur.
Həmçinin Quba rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması yolunda heş bir tədbir görülməyib. ETSEN-in 5 saylı RETSİ isə hara baxdığı, nə işlə məşğul olduğu məlum deyil. Ümumiyyətlə bu 5 saylı RETSİ çay məcralarını mütamadi istisimar edən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarəti itirib desək yerinə düşər.
Aparılan araşdırmalarımızın nəticəsində müəyyən olunub ki, bu çaylardakı karxana fəaliyyəti ümumilikdə regionun hidrogeoekoloji şəraitinə mənfi təsir göstərib. Belə ki, çaylardakı bu intensiv istismar fəaliyyəti regionda su ehtiyatlarının tükənməsinə, yeraltı və yerüstü suların çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb olub. Burada qeydə alınan qanunsuz fəaliyyət ətraf ekosistemə ciddi ziyan vurub. Bütün bunlara ramən 5 saylı RETSİ isə hansı səbəblə və nəyə görə dövlət büdcəsindən maaş aldığı sual altındadır!
araşdırma davam edir
Niyaməddin
Paytaxt.org


