AZ

ABŞ yavaş-yavaş qoşunlarını Suriyadan çıxarır

ABŞ qoşunlarının Suriyadan çıxarılması xəbərləri fonunda: ABŞ Koniko hərbi bazasını tərk edəcək

Bir neçə gün əvvəl ABŞ Suriyanın Deyr əz-Zor əyalətinin şimal-şərqindəki Koniko hərbi bazasından öz qüvvələrini çıxarmağa başlayıb. Bu barədə Qətər qəzeti məlumatlı mənbələrə istinadən yazır. Qeyd olunur ki, aprelin 13-də adıçəkilən bazanı 200-dən çox texnika, o cümlədən ağır texnika və tankerlər tərk edib.

Eyni zamanda, Reuters iki amerikalı rəsmiyə istinadən xəbər verib ki, ABŞ Suriyadakı qoşunlarının sayını 50% azaldacaq.

Qeyd olunur ki, hazırda ölkədə bir neçə bazada 2000 hərbi qulluqçu yerləşdirilib, onların sayının 1000-ə endirilməsi planlaşdırılır.

Seçilən
111
anspress.com

1Mənbələr