AZ

Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü

10:49 17.04.2025
10:49 17.04.2025

Sabirabad rayonunda faciəvi hadisə baş verib.

Mynews.az Teleqrafa-a istinadən xəbər verir ki, dünən saat 16 radələrində rayonun Qaragüney kəndinin ərazisində yerləşən “AzOil” yanacaq doldurma məntəqəsinin müdirini elektrik cərəyanı vurub.

Belə ki, Hacıqabul rayon sakini 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev müdir işlədiyi məntəqədə quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.


Seçilən
142
5
mynews.az

6Mənbələr