AZ

Hindistan iki il ərzində Ermənistana nə qədər silah satıb?

Hindistan 2022-2024-cü illər arasındaistehsal etdiyi bütün silahların 43%-ni Ermənista satıb.Bu barədə "Reuters" agentliyi Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına istinadən məlumat yayıb.“SIPRI-nin məlumatlarına görə, 2022-2024-cü illərdə Ermənistanın idxal etdiyi silahların ümumi həcminin 43%-i Hindistandan gəlib”, - nəşr qeyd edir.Son illər Hindistan Ermənistan silahlı qüvvələrinin əsas silah tədarükçüsünə çevrilib. Hindistan mediasının daha əvvəl xəbər verdiyi kimi, tərəflər 2022-2023-cü illərdə yüz milyonlarla dollar dəyərində müqavilələr imzalayıblar. Sazişlər çərçivəsində Nyu-Dehli artıq Ermənistana çoxsaylı raket sistemləri, özüyeriyən haubitsalar, hava hücumundan müdafiə sistemləri və müxtəlif döyüş sursatlarını təhvil verib və ya təhvil verməyə hazırlaşır.

Seçilən
71
2
anspress.com

3Mənbələr