AZ

Azərbaycana 16 ölkədən qızıl idxal edilib

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 1 milyard 422,1 milyon ABŞ dolları dəyərində 15 min 868.46 kiloqram qızıl idxal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına görə, bu dövrdə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 89 min 614.7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin iki ayında Azərbaycanda qızıl istehsalı 478.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 40 milyon 170.4 min ABŞ dolları dəyərində 748.3 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 53 682.9 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycana 11 ölkədən 3 milyard 312.9 milyon dolları dəyərində 41 min 78.4 kiloqram qızıl idxal edilib.

Aşağıdakı cədvəldə bu ilin iki ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi verilib:

Ölkələr

Qızıl idxalı

İdxal dəyəri. Min ABŞ dolları ilə

Rusiya

3474,95 kq

315469,47

Avstraliya

2828,87 kq

241331,88

Meksika

2007,11 kq

174711,79

Çin

1173,72 kq

108207,58

Böyük Britaniya

1200,38 kq

106210,47

Kanada

966,58 kq

91674,07

Almaniya

1012,1 kq

90445,28

Türkiyə

959,78 kq

88713,07

Braziliya

896,79 kq

81970,85

Özbəkistan

397 kq

37239,16

İsveçrə

344,21 kq

32070,02

Amerika Birləşmiş Ştatları

261,14 kq

22747,1

Çinin xüsusi inzibati rayonu Honkonq

159,25 kq

14217,44

Cənubi Afrika Respublikası

100,48 kq

9233,64

İspaniya

48,16 kq

4252,43

Yaponiya

37,88 kq

3552,22

Qeyd edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

Seçilən
81
5
anspress.com

4Mənbələr