2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 1 milyard 422,1 milyon ABŞ dolları dəyərində 15 min 868.46 kiloqram qızıl idxal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına görə, bu dövrdə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 89 min 614.7 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin iki ayında Azərbaycanda qızıl istehsalı 478.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 40 milyon 170.4 min ABŞ dolları dəyərində 748.3 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 53 682.9 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycana 11 ölkədən 3 milyard 312.9 milyon dolları dəyərində 41 min 78.4 kiloqram qızıl idxal edilib.
Aşağıdakı cədvəldə bu ilin iki ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi verilib:
Ölkələr
Qızıl idxalı
İdxal dəyəri. Min ABŞ dolları ilə
Rusiya
3474,95 kq
315469,47
Avstraliya
2828,87 kq
241331,88
Meksika
2007,11 kq
174711,79
Çin
1173,72 kq
108207,58
Böyük Britaniya
1200,38 kq
106210,47
Kanada
966,58 kq
91674,07
Almaniya
1012,1 kq
90445,28
Türkiyə
959,78 kq
88713,07
Braziliya
896,79 kq
81970,85
Özbəkistan
397 kq
37239,16
İsveçrə
344,21 kq
32070,02
Amerika Birləşmiş Ştatları
261,14 kq
22747,1
Çinin xüsusi inzibati rayonu Honkonq
159,25 kq
14217,44
Cənubi Afrika Respublikası
100,48 kq
9233,64
İspaniya
48,16 kq
4252,43
Yaponiya
37,88 kq
3552,22
Qeyd edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.