Demokrat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunmuş və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılmış və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib.
Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunaraq aşağıdakı linkdə yerləşdirilib:
Qeyd olunan linkdə göstərilən Siyahı 17 aprel 2025-ci il tarixinə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək.
Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı” təsdiq edilib.
“Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib edilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Fəaliyyətinə icazə verilən cərrahların siyahısında 42 cərrahın adı qeyd edilib. Sözügedən siyahıda məşhur estetik cərrahların adları isə yoxdur. Bunlar “Baku Medical Plaza” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov, “Azər-Türk Med”in həkimi Təbəssüm Qurbanova və “International Medical Centre”in estetik cərrahı Sevinc Heydərovadır.
10Mənbələr
-
medicalmedia.azPlastik cərrahlara nəzarət üçün təftiş komissiyası yaradılıb ( 16664879)
-
hurriyyet.azPlastik cərrah Dilqəm Məhərrəmova qadağa qoyuldu ( 16629111)
-
gender.azPlastik cərrah Dilqəm Məhərrəmova qadağa qoyuldu ( 16628969)
-
nocomment.azAzərbaycanda 42 plastik cərrahın fəaliyyətinə icazə verilib – SİYAHI ( 16627863)
-
demokrat.azPlastik cərrah Dilqəm Məhərrəmova qadağa qoyuldu ( 16625985)
-
bizim.mediaPlastik cərrah Dilqəm Məhərrəmova RƏSMİ QADAĞA - Lisenziyası ləğv edildi ( 16624137)
-
senzor.azAzərbaycanda 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verildi –SİYAHI ( 16623823)
-
azia.azPlastik cərrahın lisenziyası ləğv edildi-RƏSMİ ( 16623579)
-
Reportyor.tvCəmi 7 qadın plastik cərraha icazə verildi - Qalanı kişidir - Siyahı ( 16622511)
-
veteninfo.azPlastik cərrah Dilqəm Məhərrəmova RƏSMİ QADAĞA -Lisenziyası ləğv edildi ( 16622079)