AZ

Zelenski seçki ilə bağlı qərarını dəyişə bilər

Ukrayna prezidenti Volodimir Zelenski münaqişə bitməmiş və reytinqi çökmədən seçki keçirmək istəyə bilər...Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri mənbələrə istinadən məlumat yayıb.“Zelenski populyarlığı daha da aşağı düşməzdən əvvəlki fikrini dəyişmək istəyinə düşə və seçki keçirə bilər”, deyə nəşr qeyd edir.Zelenski ilə bəzi ordu rəhbərləri, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında ciddi problemlər var. İddialara görə, Zalujnı seçkidə Zelenskiyə rəqib ola bilər. Ukrayna prezidenti hərbçiləri siyasətə qarışmamağa çağırıb və bunun təhlükəli tendensiya olduğunu bildirib.Son rəy sorğuları Zelenskinin reytinqinin sürətlə düşdüyünü və Zalujnının isə populiyarlığının artığını göstərir. Bu səbəbdən dövlət başçısı tezliklə seçki keçirirək, postunu qorumağa çalışa bilər.Bundan əvvəl Ukraynanın strana.ua nəşri yazmışdı ki, Ukrayna Ali Radası müharibə vaxtı ölkədə prezident seçkilərinin keçirilməsini ləğv edib. Nəşrin məlumatına görə, Radanın deputatları müvafiq bəyannamə qəbul ediblər. Sənədin qəbulunda Ukrayna parlamentinin bütün fraksiya və qruplarının deputatları iştirak ediblər.Zelenski özü deyib ki, 2024-cü ilin martına planlaşdırılan prezident seçkiləri hərbi əməliyyatlar şəraitində mümkün deyil.Poliqon.info

Seçilən
461
45
poliqon.az

10Mənbələr