AZ

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Münasib Mehdiyevin nəşinin qalıqları Samuxda dəfn olunub

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mehdiyev MünasibNamaz oğlunun nəşinin qalıqları Əsir və itkin düşmüş, girovgötürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindənmüəyyən olunaraq Samux rayonunun Qovlarsan kəndində ailəsinə təhvilverilib.

Trend xəbərverir ki, vida mərasimindən sonra şəhidin nəşi Qovlarsan kəndqəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər, rayon icrahakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları,hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələriiştirak ediblər.

Hərbi orkestrin ifası və yaylım atəşinin müşayiəti ilə şəhidinnəşinin qalıqları torpağa tapşırılıb.

Qeyd edək ki, Münasib Mehdiyev 1973-cü il avqustun 28-də Samuxrayonunun Qovlarsan kəndində anadan olub. O, 1992-ci il iyulun19-da Ağdərə rayonunun Həsənriz kəndi istiqamətində itkin düşmüşsayılırdı.

Seçilən
266
39
az.trend.az

10Mənbələr