AZ

Tramp: Bir çox lideri və iş adamı rüsumları aşağı salmağı xahiş edib

ABŞ prezidenti Donald Tramp bir çox dünya lideri və iş adamının Vaşinqtondan gömrük rüsumlarını azaltmağı xahiş etdiyini deyib.

APA xəbər verir ki, Tramp bu haqda öz “Truth” hesabında yazıb.

“Bizim Qurtuluş Günü elan etdiyimiz vaxtdan bəri bir çox dünya lideri və biznes adamları mənə müraciət edərək tariflərin azaldılmasını xahiş ediblər”, - Tramp yazıb.

Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib.

Seçilən
121
1
apa.az

2Mənbələr