AZ

​Aprelin 22 və 24-ü ilə bağlı leysan xəbərdarlığı

19:39 21.04.2025
19:39 21.04.2025

Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Mynews.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.


Seçilən
118
49
mynews.az

10Mənbələr