Cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin açıqladığı məlumata görə, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin rəyi ilə heyətdən çıxarılıb. Onu Avropa çempionatında Rəşid Məmmədəliyev (73 kq) əvəz edəcək.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23-27-də tarixlərində Monteneqroda keçiriləcək. Turnirdə ölkəmizi 9-u kişi, 6-sı qadın olmaqla, ümumilikdə 15 cüdoçu təmsil edəcək.