AZ

Bu ölkədə 6,2 bal gücündə zəlzələ oldu

Filippinin cənubundakı Mindanao bölgəsində İndoneziyanın Şimali Sulavesi əyalətinə bağlı Talaud adaları yaxınlığında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Mindanaodakı Pondaguitan bölgəsinin 269 kilometr yaxınlığında, Talaud adalarında olub. Zəlzələ təxminən 117 kilometr dərinlikdə baş verib.

İndiyədək hadisə nəticəsində xəsarət alan və ya ölənlərlə bağlı məlumat verilməyib. Eyni zamanda, sunami təhlükəsi ilə bağlı xəbərdarlıq da edilməyib.

Qeyd edək ki, Filippin dünyada seysmik aktivliyin ən çox qeydə alındığı ölkələrdən biridir və "sakit okean atəş dairəsi" adlandırılan zonada yerləşir./baku.ws

Seçilən
60
3
news24.az

10Mənbələr