AZ

Husilər ABŞ-nin gəmilərinə hücum etdiklərini iddia edirlər

Bakı. Trend:

Yəməndəki “Ənsar Allah” hərəkatının silahlı qanadı olan husilərABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harry Truman” və “Carl Vinson”aviadaşıyıcılarına, eləcə də onları müşayiət edən gəmilərə qarşıhücum təşkil etdiklərini bəyan ediblər.

Trend xəbər verirki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi YəhyaSariya Telegram kanalında yayımladığı açıqlamada bildirib.

“Raket Qüvvələri, Pilotsuz Təyyarə Qrupu və Hərbi DənizQüvvələri qanadlı raketlər və PUA-lardan istifadə etməklə, ABŞ-nin“Harry Truman” və “Carl Vinson” aviadaşıyıcılarına və müşayiətçigəmilərinə qarşı Qırmızı və Ərəb dənizlərində iki hərbi əməliyyathəyata keçirib”, – deyə bəyanatda qeyd olunur.

Hazırda ABŞ tərəfi hücum iddialarına dair rəsmi açıqlamaverməyib. Hadisənin təfərrüatları və mümkün itkilər barədə məlumatyoxdur.

Seçilən
262
50
az.trend.az

10Mənbələr