AZ

Bakıda ŞOK OĞURLUQ: qəbirləri qazıb qızıl dişləri oğurladı

15:38 24.04.2025
15:38 24.04.2025

Azərbaycanda dəhşətli oğurluq faktı qeydə alınıb.

Mynews.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində qəbirləri talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.

Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir.

O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.  

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Seçilən
10
43
mynews.az

10Mənbələr