Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Çinin Taiyan şəhərində keçirilən Prezident Kubokunda bürünc medal qazanıb.
Bu barədə Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
1/8 finalda özbəkistanlı, 1/4 finalda isə monqolustanlı rəqibinə qalib gələn S.Zeynalov yarımfinalda uduzaraq üçüncü yeri tutub.