AZ

Moskva ətrafında avtomobil partlayışında yüksək rütbəli rusiyalı general həlak olub

 
"General izlənilib və onun hərəkət qrafiki öyrənilib, avtomobil generala məxsus olmayıb, bir neçə gün öncə həyətə gətirilib..."
 
Moskvaətrafı Balaxışa şəhərində cümə günü öz evinin həyətində avtomobilin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Əməliyyat Baş İdarə rəisinin müavini, general-mayor Yaroslav Moskalik həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelibfo.co" nəşri məlumat yayıb.
 
Partlayış Nesterov prospekti 2 ünvanında yerləşən yaşayış binasının həyətində baş verib. Orada "Volkswagen" markalı minik avtomobili yanmağa başlayıb. Hələlik bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
 
Hadisə Moskvanın Ryazansk prospektində baş vermiş və Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun ölümünə səbəb olmuş partlayışı xatırladır.
 
Balaxışada avtomobil binanın həyətində park edilib, partlayıcı qurğu uzaqdan idarə olunaraq işə salınıb, Moskalik bir neçə metr kənara atılıb və hadisə yerindəcə həlak olub.
 
Bu avtomobil generalın olmayıb, bomba onun həyətdən keçdiyi vaxt işə düşüb. Güman olunur ki, general izlənilib və onun hərəkət qrafiki öyrənilib. Avtomobil bir neçə gün əvvəl həyətə gətirilib.
 
Balaxışa sakinləri bildirir ki, qara tüstü dirəyi digər küçələrdəki binaların pəncərələrindən də görünüb. Partlayış yerinin qarşısındakı binanın pəncərələri isə zərbə dalğası ilə sınıb. Hadisə yerində xilasedicilər və "Mosoblgaz" əməkdaşları işləyir.
 
Partlayışdan sonra başlayan yanğın artıq söndürülüb. Əraziyə xilasedicilər və polis cəlb olunub, ətraf mühasirəyə alınıb. TASS agentliyi operativ xidmətlərə istinadən xəbər verir ki, partlayışa avtomobildəki qaz balonu səbəb ola bilər. Başqa versiyaya görə isə, maşında partlayıcı qurğu olub. Faktla bağlı cinayət işi açılıb.
 
İlkin məlumatlara görə, partlayış nəticəsində bir nəfər ölüb. Lakin şahidlər iki nəfərin - avtomobilin sürücüsü və yaxınlıqdakı oturacaqda əyləşmiş bir kişinin xəsarət aldığını bildirir.
Seçilən
138
50
moderator.az

10Mənbələr