
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumu müəyyən edilib.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikası tərəfindən səlahiyyətli qurum Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi müəyyən edilib.Eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Azərbaycan Respublikasının səlahiyyətli qurumu müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
DİN kibertalamalarla bağlı vətəndaşlara çağırış edib - VİDEO
21 il əvvəlki xəbərdarlıq: 200 milyon insan öləcək – Jirinovskidən sarsıdıcı proqnoz