AZ

“Zirə” “Kəpəz”i məğlub etdi

Misli Premyer Liqasının XXXII turunda “Zirə” səfərdə “Kəpəz”i məğlub edib.

Publika.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub.

Artıq ilk "üçlük"dəki yerini təmin etmiş "Zirə" bu nəticədən sonra 64 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.

Seçilən
144
10
publika.az

10Mənbələr