İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.
***
İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayışlardan sonra başlamış yanğın davam edir.
Ölkə.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd yanğının söndürülməsi üçün işlərin davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, yanğının böyük hissəsi helikopterlər tərəfindən söndürülüb və işlər yekunlaşmaq üzrədir.
Rusiya Prezidenti Vladimir Putin ölkənin Fövqəladə Hallar Nazirliyinə (FHN) İrandakı yanğının söndürülməsinə kömək etmək üçün bir neçə təyyarənin göndərilməsini tapşırıb. Bu məqsədlə FHN İrana üç təyyarə göndərəcək.
Ən son məlumatlara görə, partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
***
İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə aprelin 27-də ostan məhkəmə sisteminin rəhbəri Müctəba Kahremani məlumat yayıb.
“Faciəli hadisə 25 nəfərin həyatına son qoyub”, – o söyləyib.
İranın daxili işlər naziri İskəndər Momeni öz növbəsində qeyd edib ki, limanda yanğın 80 % lokallaşdırılıb. Onun sözlərinə görə, bu istiqamətdə işlər yaxın saatlarda başa çatdırılmalıdır.
***
İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin və yaralıların sayı artıb.
Bu barədə “Ölkə.az” “Mehr” agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, hadisə nəticəsində 18 nəfər həlak olub, 800-dən artıq şəxs xəsarət alıb.
Bildirilib ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Artıq şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.
***
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə IRIB telekanalının efirində bildirib.
"Partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Xəsarət alanların sayı artmaqda davam edir, lakin bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tez tərk edirlər", - Həsənzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər işləyir, yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.
***
İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.
Ölkə.Az xəbər verir ki, bu barədə İranın yerli hakimiyyət orqanları məlumat veriblər. ( Report )
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
Ölkə.Az-ın "Tasnim"ə istinadən verdiyi məlumata görə, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
Bildirilib ki, onlardan 195 nəfəri Hörmüzqandakı xəstəxanalara yerləşdiriliblər.
Məlumatda ölənlərin sayının hələ ki məlum olmadığı da qeyd edilib.
Partlayışın səbəbi araşdırılır.//Report.az
***
İranın cənubundakı limanda güclü partlayış baş verib.
Ölkə.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, Bəndər Abbas şəhəri yaxınlığındakı Şəhid Rəcai limanında güclü partlayış baş verib.
Agentliyin məlumatına görə, partlayış dalğası o qədər güclü olub ki, bir neçə bina və avtomobilə ziyan vurub. Ölən və yaralananlar barədə məlumat yoxdur. Limanın fəaliyyəti dayandırılıb. Hadisə yerinə xilasedicilər və təhlükəsizlik qüvvələri gəlib.
Partlayışın səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Şahid Rəcai İranın Fars körfəzi və Hörmüz boğazının girişində yerləşən ən böyük ticarət limanlarından biridir.