AZ

Qızları evində gizlədən taksi sürücüsünün kimliyi məlum oldu - BU ŞƏXS İMİŞ...

Bakının Sabunçu rayonunda evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsünün kimliyə məlum olub. Bu Ramiz Rasim oğlu Umudovdur. Polis tərəfindən saxlanılan R. Umudovun barəsində araşdırma aparılır. Qeyd edək ki, bu ilin aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayıqızı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb. 

Seçilən
96
40
turanpress.com

10Mənbələr