

Gender.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat yayıb.
"Azərbaycan kinosu Rafiz İsmayılovunu itirdi… Çox təəssüf! Allah rəhmət eləsin!", - deyə o bildirib.
Qeyd edək ki, R.İsmayılov 1939-cu il martın 30-da Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. O, 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb, onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı kimi çalışıb. 2000-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb.
