AZ

Ağ Ev: Tramp Heqsetin arxasında dayanır  

Ağ Ev məlumat sızması ilə bağlı yayılan xəbərlər fonunda Prezident Donald Trampın ABŞ müdafiə naziri Pit Heqsetə tam dəstək verdiyini bəyan edib.

Parol.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Levit “Fox News” kanalına açıqlamasında bildirib.


Onun sözlərinə görə, Heqset fenomenal bir iş görür:


"Prezident Heqseti güclü şəkildə dəstəkləyir. Bir daha qeyd etmək istərdim ki, çatlarda heç bir məxfi məlumat yerləşdirilməyib”, – Levit vurğulayıb.

Seçilən
124
3
parol.az

4Mənbələr