AZ

Nyu-Cersidə baş verən meşə yanğını səbəilə 3 minə yaxın insan təxliyə edilib  

ABŞ-ın Nyu-Cersi ştatında baş vermiş meşə yanğını təxminən 1,3 min hektar ərazini əhatə edib.

Parol.az xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli meşə yanğınlarına nəzarət xidməti məlumat yayıb.

Alov 1,3 min tikili üçün təhlükə yaradır. Hakimiyyət Ouşn dairəsindən 3 minə yaxın insanı təxliyə edib.

Yanğının səbəbi hələ ki müəyyən edilməyib. Hazırda yanğının yalnız 5 faizi nəzarət altına alınıb.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Seçilən
130
3
parol.az

4Mənbələr