AZ

Sabah leysan yağacaq

Mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Bu barədə Senzor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, axşam yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.

 

Havanın temperaturu gecə 12-15°, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 10-15°, gündüz 19-24°, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacaq.

Seçilən
377
47
senzor.az

10Mənbələr