AZ

Moskvada partlayış - Yaşayış binası yanır


 Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, partlayış güclü yanğına səbəb olub. İlkin məlumata görə, 10-dan çox insan xəsarət alıb. Hadisə yerinə bir neçə təcili yardım briqadası göndərilib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, General Tyulenev küçəsində yaşayış binasının 9-cu mərtəbəsi yanır.

Partlayışdan sonra üst mərtəbədə yanğın baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri insanları xilas edir, yanğının mənbəyini müəyyənləşdirir.

Partlayışın ilkin səbəbinin qaz sızması olduğu ehtimal olunur.

Seçilən
143
50
news24.az

10Mənbələr