AZ

Aleksandar Vuçiç: Serbiyanın Aİ-yə üzvlüyü əsas məqsədimizdir

Belqrad, 13 may, AZƏRTAC

Serbiyanın Avropa İttifaqına (Aİ) üzv olması bizim əsas məqsədimizdir.

AZƏRTAC xəbər verir ki, bunu ölkəsində səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşdən sonra mətbuata açıqlamasında Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

“Həm bugünkü Serbiya, həm də sabahkı Serbiya Avropa yolunda, Aİ üzvlüyündə görünür. Serbiyanın Avropa yolu heç vaxt şübhə altına alınmayıb. Avropadakı Serbiya bizim yolumuz, məqsədimiz və siyasi iradəmizdir”, - deyə Aleksandar Vuçiç bildirib.

Serbiya Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşdə ölkəsi üçün bütün vacib məsələlərin müzakirə edildiyin vurğulayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Seçilən
189
22
azertag.az

10Mənbələr