BAKI, 14 may. TELEQRAF
Ermənistan müdafiə naziri Suren Papikyan Berlində almaniyalı həmkarı Boris Pistorius ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə erməni nazir sosial media hesabında məlumat verib.
“Görüş zamanı Ermənistan-Almaniya əməkdaşlığının müdafiə sahəsində inkişafı və inkişaf perspektivlərini müzakirə etdik. Əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirdik və onu genişləndirməyə hazır olduğumuzu bildirdik.
Regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də toxunduq”, - Papikyan bildirib.