AZ

38 yaşlı qadın əməliyyatdan sonra öldü

19:11 14.05.2025
19:11 14.05.2025

Kürdəmir rayonunda xəstə əməliyyatdan sonra ölüb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Alı Abdullayeva xəstəxanada appendektomiya əməliyyatı olunub. Əməliyyatdan sonra halı pisləşən P. Abdullayeva xəstəxanada vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.


Seçilən
0
35
mynews.az

10Mənbələr