Uruqvayın keçmiş prezidenti Xose Muxika 90 illik yubileyinə bir neçə gün qalmış vəfat edib.
Sadə yaşayış tərzinə görə o, dünyanın ən kasıb prezidenti kimi tanınırdı.
Dolanışığını təmin etmək üçün Muxika həyat yoldaşı ilə birlikdə gül becərirdi.
O, president olanda maaşının 90 faizini xeyriyyəçiliyə xərcləyib.
Muxika 2009-cu ildən 2015-ci ilə qədər Uruqvayın prezidenti olub.
Sürdüyü 1987-ci il istehsallı Volksvagen Bitl avtomobili çoxlarını təəccübləndirmişdi.
Buna da baxın: "Uruqvayın Elçibəyi" – BBC Azərbaycanca oxucuları Jose Mujicanı müzakirə edir
Muxika isə onun sadə həyat tərzinin müzakirəsinə təəcüblənirdi. Sitat:
Yaxşı, dünyanın diqqətini çəkən şey nədir? Çox az şeylə, sadə bir evdə yaşamağımmı, köhnə bir maşına minməyimmi? Onda bu dünyanın başına hava gəlib, çünki normal olan bir yaşayışa heyrət edir.
Sitatın sonu.
Gənc Muxika 1960-70-ci illərdə hakimiyyətə qarşı partizan kimi döyüşüb, 6 dəfə yaralanıb, 14 il həbsdə olub.
O, 2024-cü ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyi irəliləyəndə müalicələrdən imtina etmiş və həmvətənləri ilə vidalaşmışdı.
Videoya Youtube kanalımızda baxa bilərsiniz.