AZ

Yanğın oldu Dərhal əraziyə FHN-in qüvvələri cəlb edildi

Gəncədə yanğın hadisəsi baş verib.

İNFOAZ.WS xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində  qeydə alınıb.

Həmin prospektdə yerləşən misgərlik emalatxanasında anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı emalatxananın 30 kv/metri yanıb. Yanğın söndürülüb digər ərazilərə keçməsinin qarşısı alınıb.

Seçilən
19
17
infoaz.ws

10Mənbələr