AZ

Husilər Təl-Əvivi vurublar: Hava limanı fəaliyyətini dayandırıb

10:02 16.05.2025
10:02 16.05.2025

Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) üzvləri Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına raket zərbəsi endiriblər.

Mynews.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya "Al Masirah" telekanalına verdiyi açıqlamada deyib.

O bildirib ki, raket hədəfinə uğurla çatıb və hava limanının fəaliyyəti təxminən bir saat dayandırılıb.


Seçilən
164
48
mynews.az

10Mənbələr