10:02 16.05.2025
10:02 16.05.2025
Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) üzvləri Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına raket zərbəsi endiriblər.
Mynews.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya "Al Masirah" telekanalına verdiyi açıqlamada deyib.
O bildirib ki, raket hədəfinə uğurla çatıb və hava limanının fəaliyyəti təxminən bir saat dayandırılıb.