Bakıda ağır qəza baş verib.
Ajans.az xəbər verir ki, Bakıda, Heydər Əliyev prospektində Orxan Məmmədov Ələkbər oğluna məxsus 90 OY 015 dövlət nömrə nişanlı Porsche markalı avtomobillə ağır qəza törədilib. O öz avtomobili ilə motosikletçini vurub.

Hadisə yerindən əldə edilən fotolardan göründüyü kimi motosiklet sürücüsü ağır yaralıdır. Qeyd edək ki, Orxan Məmmədov məşhur iş adamıdır.

Faktla bağlı araşdırma aparılır.
