AZ

Valideynlərin nəzərinə - Bağçalara qəbul dayandırılır

12:04 19.05.2025
12:04 19.05.2025

2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq 23 may 2025-ci il tarixindən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş məhdudlaşacaq və təsdiqlənməmiş sorğular silinəcək.

Mynews.az xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat verilib.

Qeyd edilib ki, qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.


Seçilən
7
49
mynews.az

10Mənbələr