AZ

Azərbaycan və İsveçrə arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində İsveçrə Konfederasiyasınınölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Şteli ilə görüşkeçirilib.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlkumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri TeymurMusayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsindəəməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. İsveçrənin əczaçılıqvə tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcıölkələrindən biri olduğunu bildirən Teymur Musayev bu sahədə dəəlaqələrin inkişafı üçün potensialın mövcudluğunu diqqətəçatdırıb.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdəəməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadəedib.

Öz növbəsində Tomas Şteli ölkələrimiz arasında 1992-ci ildənetibarən diplomatik əlaqələr qurulduğunu və bu müddət ərzindəİsveçrə və Azərbaycan dövlətləri arasında əməkdaşlığın müsbətdinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərmüzakirə edilib.

Azərbaycan
Azərbaycan
Seçilən
3
5
az.trend.az

8Mənbələr