Bakı. Trend:
Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq.
Trend xəbər verir ki, gələn il fevralın 7-si çərşənbə gününətəsadüf edir.
Həmin gün isə iş günü hesab olunurdu. Ancaq dövlət başçısı İlhamƏliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərielan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü ilfevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərikeçiriləcək.
Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum)keçirilən ərazidə iş günü hesab olunmur.
Məcəllənin 8-ci maddəsində (Seçkilərin (referendumun) təyinedilməsi müddəti qeyd edilib ki, seçkilərin (referendumun) təyinedilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 günqalmış rəsmi dərc edilir.
Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesabolunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinəgörə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününədüşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsininII hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsverməsəsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyinedilir.