AZ

Bakıda avtobus şüşəsini sındıran sərnişin saxlanıldı

09:54 21.05.2025
09:54 21.05.2025

Paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Mynews.az-a bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə mayın 17-də baş verib.


Seçilən
27
34
mynews.az

10Mənbələr