AZ

Sınıq nahiyəsinə buz qoymaq nə dərəcədə təsirlidir?

Bakı. Trend:

Travmadan sonra insanlar adətən sual verir: “Buz qoymaqlazımdırmı?” Cavabımız birmənalı olaraq bəli, amma doğrutətbiqlə.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Travmatologiya vəOrtopediya İnstitutu Baş həkimi Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, buz tətbiqi birbaşa sınığın müalicəsideyil, ilk yardımın bir hissəsidir:

“Yəni, sümüyü düzəltmir və ya sınığı sağaltmır. Amma bəzi mühümfaydaları var: sınıq zamanı toxumalarda qan və maye yığıldığı üçünnahiyədə ödem, yəni şişkinlik yaranır. Soyuq tətbiqi damarlarındaralmasına səbəb olaraq maye axınını azaldır və şişməni minimumaendirir. Soyuq təsiri ilə sinir uclarının fəaliyyəti yavaşlayır vəbu, xəstədə ağrı hissini azalda bilir. Bu, xüsusilə həkimə çatanaqədər keçici rahatlıq təmin edə bilər. Buz tətbiqi zədələnmişnahiyədə qan damarlarını yığaraq, içəridə qan sızmasını azaldır.Bundan əlavə, buz damarların daralmasına səbəb olur, bu daşişkinliyi azaldır, ağrını yüngülləşdirir və toxumaların daha azzədələnməsinə şərait yaradır”.

N.Məmmədov bildirib ki, ən effektiv istifadə müddəti zədədənsonrakı ilk 24–48 saatdır:

“Burada vacib bir detal var: buz birbaşa dəriyə qoyulmamalıdır,araya nazik parça qoyulmalıdır. Seanslar maksimum 15–20 dəqiqəçəkməli və təkrarlanmalıdır. Amma bu yalnız ilkin tədbirdir. Buzağrını azalda bilər, amma sınığın özünü sağaltmaz. Zədənindərəcəsini müəyyən etmək üçün həkim müayinəsi mütləqdir. Nəticəolaraq, buz sınıq nahiyəsində ağrı və şişkinliyin azalmasındafaydalı olsa da, əsas müalicə üsulu deyil. O, sadəcə düzgün vəvaxtında göstərilən ilkin yardımın bir hissəsidir”.

Məqalədə:
Seçilən
203
33
az.trend.az

10Mənbələr