AZ

Multikultural ənənələri ilə seçilən Qusarda dini tolerantlıq MÜZAKİRƏ edildi – FOTO

Azərbaycan dünyada dini tolerantlığın nümunəvi modeli kimi tanınır və bu istiqamətdə Qusar rayonu öz multikultural ənənələri ilə seçilir. Burada müxtəlif etnik və dini icmalar əsrlər boyu qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayıblar. Bu harmonik birgəyaşayış Qusar rayonunun sosial-mədəni simasının ayrılmaz hissəsinə çevrilib. Məhz bu səbəbdən multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində aparılan maarifləndirmə işi xüsusi əhəmiyyət kəsb edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mayın 20-də Qusar rayonunun Şirvanlı kənd tam orta məktəbində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz Regional bölməsinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Dini dözümlülük və insan hüquqları” mövzusunda seminar keçirilib.
 

Tədbir çərçivəsində insan hüquqları, vicdan azadlığı və dini etiqad hüququnun beynəlxalq və milli hüquq sistemindəki yeri və hüquqi əsasları barədə şagirdlərə ətraflı məlumat verilib. Dini müxtəlifliyin cəmiyyətin mənəvi zənginliyi olduğunu vurğulayan çıxışçılar dini radikalizm və ekstremizmə qarşı mübarizədə cəmiyyətin, xüsusən gənclərin maarifləndirilməsinin əhəmiyyəti məsələsinə toxunublar.


Qeyd edilib ki, dini dözümlülük yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda ictimai şüurun formalaşdırılması ilə möhkəmləndirilməlidir.

Sonda məktəblilərin tolerantlıq, birgəyaşayış mədəniyyəti, insan hüquqlarının qorunması mövzularında sualları cavablandırılıb.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
8
1
bizim.media

10Mənbələr