AZ

ABŞ Talibanı terror təşkilatı kimi tanımağı nəzərdən keçirir

BAKI, 21 may. TELEQRAF

ABŞ Dövlət Departamenti Taliban hərəkatını xarici terror təşkilatları siyahısına əlavə etməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə köməkçi Marko Rubio Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin dinləmələrində çıxışı zamanı danışıb.

Rubio qeyd edib: "Bu təsnifat indi yenidən nəzərdən keçirilir. Biz Talibanın kim olduğunu və keçmişdə nə etdiklərini çox yaxşı bilirik. Siyahıya daxil edilmələri ilə bağlı bir sıra qərarlar verəcəyik, amma bu, Əfqanıstanla gələcək siyasətimizin vahid yanaşmasına əsaslanacaq".

Rubio Rusiya ilə mübarizədə Talibanla daha çox əməkdaşlıq etməyi arzuladıqlarını və bunun Prezident Donald Tramp tərəfindən əlavə əməkdaşlıq üçün istifadə edilə biləcək bir vasitə olduğunu vurğulayıb.

Seçilən
178
50
teleqraf.com

10Mənbələr