AZ

Anadırda yaşayış binasında baş verən yanğında 5 nəfər ölüb

Rusiyanın Çukotkanın Anadır şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

Qaziler.az bildirir ki, bu barədə mayın 22-də Çukotka Muxtar Dairəsi (AO) Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Çukotkada Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanan evdən 17 nəfəri xilas edib. Onlardan xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Təəssüf ki, hadisə yerində beş ölü tapılıb", - idarə öz Telegram kanalında yazıb.

Yanğının birinci mərtəbədəki mənzildə baş verdiyi bildirilir. Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, yanğın yanğınla ehtiyatsız davranma nəticəsində baş verib.

Hazırda yanğın söndürülüb.

QAZİLER.AZ

Seçilən
170
50
qaziler.az

10Mənbələr