AZ

AMEA və “Azərenerji” ASC arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı. Trend:

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB)Ümumi yığıncağının növbəti iclası keçirilib.

Trend xəbər verir ki,“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) AzərbaycanElmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda baş tutaniclasda FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, bölməninəhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, eləcədə “Azərenerji” ASC-nin məsul şəxsləri və müvafiq mütəxəssisləriişti­rak ediblər.

Əvvəlcə FRTEB üzvləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətininyenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriyakompleksi, Tədris mərkəzi, Laboratoriya mərkəzi və 500 nəfərlikEnergetiklərin Mədəniyyət Mərkəzi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə “Azərenerji” ASC prezidentinin ümumiişlər üzrə müşaviri Vüqar Əliyev açaraq FRTEB üzvlərini, alim vəmütəxəssisləri, eləcə də digər iclas iştirakçılarını qurumunprezidenti Baba Rzayevin adından salamlayıb, tədbiri elmləistehsalat arasında qarşılıqlı əlaqənin və səmərəli əməkdaşlığınbariz nümunəsi kimi qiymətləndirib.

O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə energetika sahəsindəhəyata keçirilən mühüm islahatlardan, strateji tədbirlərdəndanışıb. Bildirib ki, bu gün elektroenergetika sektoru Prezidentİlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı inkişafedir və özünün yeni yüksəliş mərhələsini yaşayır. Vüqar Əliyevtədbirdə müzakirə olunacaq mövzuların əhəmiyyətini qeyd edərək,FRTEB-in toplantısının “Azərenerji” ASC-də keçirilməsinin birgəəməkdaşlığın inkişafı baxımından xüsusi məna kəsb etdiyinideyib.

Sonra AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağınınsədri akademik Rasim Əli­quliyev çıxış edərək AMEA ilə “Azərenerji”ASC arasında əməkdaşlıq əlaqələrinin qurulmasını yüksəkqiymətləndirib. O, bu kimi münasibətlərin Azərbaycanınelektroenerji sisteminin idarə olunmasında praktiki və tətbiqyönümlü məsələlərin həlli üçün geniş imkanlar açacağına inamınıifadə edib.

Müasir dövrdə baş verən qlobal transformasiyalara diqqət çəkənakademik Rasim Əliquliyev dünya miqyasında rəqəmsal və yaşıltransformasiyalar, yaşıl enerji siyasəti və enerji təhlükəsizliyiməsələlərinin strateji önəm daşıdığını vurğulayıb. Qeyd edib ki,bütün bu reallıqları nəzərə alaraq Prezident İlham Əliyevinrəhbərliyi ilə ölkədə enerji təhlükəsizliyinin təmin olunması,alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, ənənəvienerji sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl vəməqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Akademik Rasim Əliquliyev ölkəmizdə qlobal çağırışlara adekvatolaraq yürüdülən dövlət siyasətinin mühüm tərkib hissələrindənbirinin də dövlət başçısının cari il martın 19-da imzaladığı“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellektStrategiyası” olduğunu, bu strategiyanın həyata keçirilməsinin elmipotensialın enerji sektoruna tətbiqini də zəruri etdiyinibildirib.

“Bu gün bütün alim və mütəxəssislər, müvafiq dövlət orqanlarınınməsul nümayəndələri ölkə başçısının çağırışlarını rəhbər tutaraq özsəylərini birləşdirməli, Azərbaycanın qlobal enerji təhlükəsizliyisistemində rolunun gücləndirilməsi istiqamətində qarşıda duranproblemləri müəyyənləşdirməli və ölkənin enerji siyasətinə töhfəverməlidir”, – deyə akademik Rasim Əliquliyev vurğulayıb.

Daha sonra AMEA-nın akademik-katibi, ETN Fizika İnstitutunun başdirektoru akademik Arif Həşimov “Azərbaycan Respublikaının enerjitəhlükəsizliyinin təmin olunmasının aktual elmi-praktikiproblemləri və həlli yolları haqqında” adlı məruzəsini təqdim edib.O, XXI əsrdə enerji təhlükəsizliyi anlayışının daha əhatəli mənakəsb etdiyini söyləyərək bildirib ki, enerji təhlükəsizliyininməqsədi fərdin, cəmiyyətin və dövlətin enerji resurslarınınetibarlı qorunmasını təmin etməkdən ibarətdir.

Akademik Arif Həşimov Nobel mükafatı laureatı P.L.Kapitsanın“bəşəriyyətin gələcəyi onun özünü enerji ilə necə təmin edəcəyindənasılıdır” fikirlərini xatırladaraq, enerjidən istifadəninbəşəriyyətin mövcudluğunun əsas şərti olduğunu qeyd edib.

“Beynəlxalq Enerji Agentliyi enerji təhlükəsizliyini əlverişliqiymətlərlə enerji mənbələrinin fasiləsiz mövcudluğu kimi müəyyənedir”, – deyə akademik Arif Həşimov vurğulayıb. O, həmçinin enerjitəhlükəsizliyinin uzunmüddətli və qısamüddətli istiqamətlərihaqqında məlumat verib. Bildirib ki, uzunmüddətli enerjitəhlükəsizliyi əsasən iqtisadi inkişaf və davamlı ekoloji ehtiyacıenerji baxımından təmin etmək üçün investisiya ilə məşğul olur.Qısamüddətli enerji təhlükəsizliyi isə enerji sisteminin tələbat vətələb balansı daxilində ani dəyişikliklərə dərhal reksiya verməsinəimkan verir.

Məruzəçi son illər istehsal və eneji sərfiyyatı da daxilolmaqla, enerjiyə olan ehtiyacın azaldılması və məhsuldarlığınartırılması məsələlərinin böyük aktuallıq kəsb etdiyini qeydedərək, alternativ enerji resurslarının ortaya çıxarılması vətexnologiyaların inkişaf etdirilməsinin də bununla əlaqədarolduğunu bildirib.

AMEA-nın müşaviri akademik Adil Qəribov “Qlobal ekolojiproblemlər kontekstində energetikanın durumu və perspektivləri”mövzusunda məruzə ilə çıxış edərək vurğulayıb ki, hazırda ölkələrininkişaf səviyyəsinin göstərici faktorlarının əsaslarından biriadambaşına düşən enerji istehlakı qiymətidir. Onun sözlərinə görə,ötən dövrdə elektroenerji istehsalında karbon və karbohidrogenmənşəli enerji mənbələri üstünlük təşkil edib.

Akademik Adil Qəribov atmosferdə CO2-nin qatılığının son 150ildə dəyişmə kinetikası, CO2-in atmosferdə mövcud miqdarının təbiimənbələri, atmosferdə olan CO2-nin sərf olunması prosesləri,karbonsuz alternativ enerji qurğularında alınan elektrikenerjisinin qiymətləri, Azərbaycanda əsas enerji mənbələri vəonların ehtiyatları haqqında məlumatları diqqətə çatdırıb.

Çıxışının sonunda o, Azərbaycanda nüvə energetikasınınəsaslandırılması istiqamətində bir sıra təkliflərini səsləndirib:“Atom Elektrik Stansiyaları daha iqtisadi səmərəliliyə malik olub,gələcəkdə bazis enerji mənbəyi kimi istifadəsi məqsədəuyğundur.Atom Elektrik Stansiyasının güc parametrləri respublikamızınenergetikləri tərəfindən ölkənin enerji istehlakı, təchizatı vənəqli sisteminin analizi əsasında seçilə bilər”.

Daha sonra “AzərEnerji” ASC-nin vitse-prezidentin birincimüavini Yusif Qarayev “Azərbaycan enerji sistemi 2025 – İcraedilmiş layihələr” mövzusunda məruzəsini təqdim edib. O,“AzərEnerji” ASC-nin fəaliyyət istiqamətləri haqqında məlumatverərək bildirib ki, elektroenergetikamızın bugünkü səviyyəyəçatması, müasir texniki avadanlıqlarla təchiz olunaraqrəqəmsallaşdırılması, alternativ və bərpa olunan enerjininprioritet sahəyə çevrilməsi, yeni elektrik stansiyalarının inşaolunması, yüzlərlə yarımstansiyanın tikilərək yenidən qurulması,min kilometrlərlə müxtəlif gərginlikli elektrik verilişi xətlərininçəkilməsi və digər bu kimi məsələlər Prezident İlham Əliyevindavamlı enerji strategiyasının həyata keçirilməsinintəzahürüdür.

Yeni müasir qaz-turbin elektrik stansiyalarının tikintisi vəenerji səmərəliliyindən bəhs edən məruzəçi bildirib ki, dövlətbaşçısının iştirakı ilə 2023-cü ildə Gülüstan sarayında təməliqoyulmuş 1280 MVt gücündə Yeni İstilik Elektrik StansiyasınınMingəçevir şəhərində tikintisi uğurla yekunlaşıb: “Yeni tikilənelektrik stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaqsərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə 120qram azalmaqla 225 qram təşkil edib. Bununla da illik 1 milyard m3qaza qənaət olunub, 2 milyon ton karbon qazının atmosferəatılmasının qarşısı alınıb”.

Yusif Qarayev yeni müasir qaz-turbin elektrik stansiyalarınıntikintisi və dayanıqlığının artırılması, ötürücü şəbəkəinfrastrukturunun 2018 və 2024-cü illər arasındakı müqayisəsi,yarımstansiyalar üzrə güc artımı ilə bağlı statistik rəqəmləri dədiqqətə çatdırıb. Həmçinin mövcud və inteqrasiyası planlaşdırılanbərpa olunan enerji mərkəzləri layihələri, Batareya Enerji SaxlancSistemləri (BESS), geniş sahəli monitorinq və idarəetmə sistemləriolan WAMS və WACS, onların əhatə etdiyi enerji obyektləri, NaxçıvanMR-nın enerjisistemi (Naxçıvanenerji MMC), cari il ərzində icraolunacaq reabilitasiya tədbirləri barədə ətraflı məlumat verib.

Müzakirələrdə çıxış edən AMEA-nın müşaviri akademik TelmanƏliyev, Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvüOktay Qasımov, Radiasiya Problemləri İnstitutunun baş direktoruAMEA-nın müxbir üz­vü İslam Mustafayev, İnformasiya Texnologiyalarıİnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev,həmin institutun şöbə müdiri AMEA-nın müxbir üzvü Məsumə Məmmədova,Fizika İnstitutunun laboratoriya rəhbəri AMEA-nın müxbir üzvü VəliHüseynov, “AzərEnerji” ASC-nin İstehsal prosesinin analizixidmətinin rəhbəri Bəxtiyar Məmmədov, Azərbaycan Elmi-Tədqiqat vəLayihə-Axtarış Energetika İnstitutunun direktor müavini AytəkBabayeva, həmin institutun Enerji sistemi etibarlılığı və ifratgərginlikdən mühafizə şöbəsinin aparıcı elmi işçisi k.e.d. ValehNəsibov məruzələrə dair sual və təkliflərini səsləndiriblər.

Sonda akademik Rasim Əliquliyev çıxış edərək “Azərenerji”ASC-nin fəaliyyətini və burada həyata keçirilən layihələri yüksəkqiymətləndirib, tədbirin mühüm nəticələrlə yadda qalacağınaəminliyini ifadə edib. Alim “Azərenerji” ASC ilə AMEA arasındaəməkdaşlığın sistemli, ardıcıl şəkildə davam etdirilməsi, kadr vətəcrübə mübadiləsinin aparılması məqsədilə Yol xəritəsi vəFəaliyyət planının hazırlanmasının zəruriliyini qeyd edib.

O, alim və ziyalıları enerji sahəsində mövcud problemlərin həlliistiqamətində fəallıq nümayiş etdirməyə, öz intellektualpotensiallarını, fikir və təkliflərini bölüşməyə çağırıb.

Seçilən
99
50
az.trend.az

10Mənbələr