AZ

AMB işçilərinə çəkdiyi xərci 22 % artırıb, verdiyi kreditləri 6 % azaldıb

2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) işçilərinə 45,242 milyon manat xərc çəkib.

"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 21,5 % çoxdur.

Bundan başqa, hesabatda deyilir ki, bu il yanvarın 1-nə AMB-nin işçilərinə verdiyi kreditlərin məbləği 375 min manat təşkil edib. Bu isə ötən il yanvarın 1-nə nisbətən 5,8 % azdır.

Seçilən
14
8
report.az

10Mənbələr