Ermənistanın Azərbaycan ərazilərində işğal dövründə törətdiyi əməllər içərisində islamofob elementlər mövcuddur.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” tədbirinin mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistan həm də Azərbaycan irsini başqa bir ölkəyə məxsus irs kimi təqdim etmək istiqamətində də addımlar atır:
“Buna misal kimi İrəvandakı məscidin Azərbaycan irsinin nümunəsi olduğunun0 danılmasını göstərmək olar”.