"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Vurğun Hüseynov oyunsonrası mətbuat konfransında açıqlama verdi:
"Oyun haqda danışılası nəsə yoxdu. Futbolçular qısa müddətdə toparlandı və qələbə qazandı. Hər birinə təşəkkür edirəm. Üç xal bizim üçün vacib idi. Ən azından çempionatı 8-ci pillədə bitirmək şansımız var. Nəticələrə görə azarkeşlərdən üzr istəyirik. Bu durum nə Sumqayıta, nə də şəhərin tək komandasına yaraşır. İnanıram ki, tərəfdarlar gələcəkdə daha yaxşı "Sumqayıt" görəcək".